BMT-nin
Qaçqınlar üzrə Ali Komisarlığının sözçüsü Ron Redmondun dediyinə görə, müşahidəçi heyətlərin
hesabatlarında qeyd edilib ki,
oktyabr ayının 8-də Rusiya bufer zonadan hərbi qüvvələrini çıxardıqdan sonra,
20 mindən çox qaçqın evinə qayıdıb. Bu bölgə Gürcüstanla ondan ayrılmaq istəyən Cənubi Osetiya
arasındakı sərhəd məntəqəsində yerləşir: “Bu adamların çoxu bufer zonasındakı
evlərə və kəndlərə qayıdıb. Onlar oradakı vəziyyətin təhlükəsiz olduğunu yoxlayacaqlar. Biz orada mina parlayışları
nəticəsində tələfat barədə məlumat əldə etmişik”.
Cənab
Redmond bildirib ki, BMT-nin Qaçqınlar üzrə ali komisarlığı bir neçə gün əvvəl
qaçqınlar üçün Qoridəki düşərgələri ləğv edib. Avqust ayında 133 min adam
Gürcüstana pənah gətirmişdi. Hesablamaya əsasən, 78 mindən çox adam Gürcüstanın
ətrafındakı evlərinə qayıdıb. 5 mindən çox qaçqınsa evlərinə qayıda bilmir.
Komisarlıq onlar üçün binalar inşa edəcək. 6 ay ərzində onlara xidmət göstərmək
üçün azı 45 milyon dollar maliyyə vəsaiti lazımdır.