Taliban
yaraqlıları Əfqanıstanın cənubuna avtobusla səfər edən 30-dan çox insanı öldürüb. Müdafiə Nazirliyinin
sözçüsü general Zahir Əzimi deyir ki, yaraqlılar Talibanın sığınacağı hesab
olunan Qəndəhar vilayətində cümə axşamı avtobus və onun 50 sərnişininə hücum
edib. Sözçünün bildirdiyinə görə, hadisə yerində 30 cəsəd aşkar edilib.
Onlardan 6-nın başı kəsilib. Digər sərnişinlərsə azadlığa buraxılıblar. Hücumun
məsuliyyətini qrupun üzərinə götürən Taliban sözçüsü 27 əfqan əsgərin də qətlə
yetirildiyini bildirib. Regionla əlaqənin məhdud olmasından ölənlərin sayı ilə
bağlı müstəqil məlumat vermək mümkün olmayıb.