Birma
rəsmiləri
deyir ki, ölkənin əsas şəhəri olan Ranqunda bomba parlayıb. İkinci bomba isə
aşkar olunaraq zərərsizləşdirilib. Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, Ranqunda bir idman
sahəsində baş verən partlayış nəticəsində ölən və yaralanan olmayıb. Qeyd edək
ki, sentyabrın 25-də hakim hərbi hökumətin demokratiya tərəfdarlarına qarşı
zorakılıqlarından bir il sonra baş verən bomba partlayışı nəticəsində 6 nəfər
yaralanmışdı. Hüquq-mühafizə orqanları deyir ki, kiçik həcmli bomba Ranqun
Bələdiyyə binasının qarşısında partlayıb. Bu ərazi keçən il Buddist rahiblərin
etirazlarına sənhə olub. BMT-nin bildirdiyinə görə, zorakılıqlar nəticəsində
azı 31 nəfər həlak olub, minlərlə insansa həbs edilib.