Pakistan
ordusunun bildirdiyinə görə, avqust ayında girov götürülən Çin mühəndisi
sərbəst buraxılıb. Mühəndis Talibanın əsir götürdüyü iki nəfərdən biri olub.
Avqust ayının 29-da Çinin telekommunikasiya mühəndisi Pakistanın şimal-qərb
ərazisində, Əfqanıstan sərhədi yaxınlığında oğurlanmışdı. Çin hökuməti
Pakistanı əsirləri xilas etməyə çağırırdı. Bu həftənin əvvəli Pakistan
televiyası ölkənin Pəncab vilayətində Taliban yaraqlılarının polşalı mühəndisi
oğurladığını göstərən videoya malik olduğunu açıqlamışdı. Hadisə zamanı 3
pakistanlı da həlak olub. Keçən ay silahlılar Əfqanıstanın Pakistandakı ali diplomatı oğurlanmış və
Peşəvər şəhərində baş verən hücum zamanı onun sürücüsü öldürülmüşdü.