Omar qasırğası ilə bağlı bütün xəbərdarlıqlar ləğv edilib. Belə ki, qasırğa hazırda Atlantik Okeanına istiqamət alıb. ABŞ-ın Milli Qasırğa mərkəzinin bildirdiyinə görə qasırğa saatda 46 km sürətlə istiqamətini üz tutduğu Livord adalarından dəyişib. Lakin qasırğanın 50 sm-ə qədər yağıntıya səbəb olacağı təxmin edilir. Bu isə daşqınlar və torpaq sürümələrinə yol aça bilər. 158 km-saat sürətlə başlayan küləyin sürətini azaltmasına baxmayaraq, qasırğa hələ də təhlükəli, yəni 3-cü kateqoriya olaraq qalır.