Azərbaycandakı prezident
seçkiləri Qərb mətbuatında da işıqlandırılır.
International Herald Tribune qəzeti aparıcı müxalifət partiyalarının
seçkiləri baykot etdiyini yazır. Müxalifət
şübhə etmir ki, növbəti səsvermə prezident İlham Əliyevi hakimiyyətdə
saxlayacaq. Bu səbəbdən də müxalifət
ldierləri vıətəndaşları seçkilərə qatılmamağa çağırıblar. Onların imzaladığı bəyanatda səsvermə
demokratiyanın imitasiyası kimi dəyərləndirilir. İlham Əliyevin seçkilərdə iştirak edən 6 rəqibini asanlıqla
məğlub edəcəyi gözlənilir. Beynəxalq
müşahidəçilər indiyədək Azərbaycanda keçirilən seçkilərin beynəlxalq
standardlara cavab vermədiyini bildirir.
Bununla belə ABŞ və başqa Qərb dövlətləri Azərbaycanla sıx münasibətlər
saxlayır. Rəsmi Vaşinqton Əliyev
hökumətini azad və ədalətli seçkilər keçirməyə çağırıb.
Daily Times qəzeti "neftlə zəngin, korrupsiya içində üzən" Azərbaycanda seçkilərin demokratikliyini şübhə altına alır. “Xəzəryanı dövlətin əvvəlki prezidenti Heydər Əliyevin 46 yaşlı oğlunun ikinci dönəm hakimiyyətə seçiləcəyi indidən bəllidir,” deyə yazıda bildirilir. Müəmmalı qalan yeganə faktor İlham Əliyevin ABŞ-la Rusiya arasında sərtləşən münasibətlər fonunda dövlətin sükanını necə idarə edəcəyidir. Hazırkı prezidentdən əlavə 6 hökumətə loyal namizədin qatıldığı seçkiləri təhlilçilər 1991-ci ildən bəri ən maraqsız səsvermə kimi qiymətləndirir. Müstəqil politoloq Rasim Musabəyov Daily Tayms-a bildirib ki, rəsmilərin hazırkı narahatlığı başlıca olaraq ondan qaynaqlanır ki, Əliyevə verilən dəstək ifrat dərəcədə yüksək deyil. İlham Əliyevin rəqibləri onu birbaşa tənqid etməkdən yayınaraq, əvəzində onun ətrafındakıları günahlandırırlar. Namizədlərin sözlərinə görə ətrafındakılar İlham Əliyevə öz platformasını tam icra etməyə imkan vermir.
Dünya Bankı bu günlərdə Azərbaycanda baş verən iqtisadi artımı alqışlayılb. Ötən il 26 faiz, 2006-cı ildə 34 faizlik artımlar Azərbaycanın iqtisadi uğurları ciddi təəssürat buraxır. Lakin bu müvəffəqiyyətli mənzərəni korlayan Azərbaycandakı korrupsiyanın səviyyəsidir. Transparency International təşkilatının keçirdiyi sorğuların nəticəsi Azərbaycanı korrupsiya üzrə 180 ölkə arasında 158-ci yerə qoyur.
Petroleum World məcmuəsində Azərbaycan neftçisinin güzərarından bəhs edilir. Qızmar günəş altında çirkli paltar geymiş neftçilərin əhval ruhiyyəsi müəyən qəzəb və əlacsızlıq hissi ilə xarakterizə olunur. Neft işçiləri ölkəyə axan neft pulundan kifayət qədər bəhrələnmədiklərinə görə şikayət edirlər. Orta əmək haqqı 500 manat olan neftçilərin seçkilərə münasibəti birmənalı deyil. Bəziləri sabitliyi və sakitliyi əsas götürərək İlham Əliyevə, başqaları isə seçkilərdə iştirak etməyəcəklərini deyirlər.