Human Rights Watch Gürcüstan qacqınlarına yardım göstərməyə çağırır

Human Rights Watch Avropa İttifaqını Rusiya-Gürcüstan münaqişəsindən sonra Güsrcüstanın mülki vətəndaşlarının evlərinə qayıtmasına yardım göstərməyə çağırır. İnsan hüquqları təşkilatının çağırışları post-münaqişə gərginlikləri ilə bağlı Cenevrə danışıqlarından bir gün əvvəl edilib. Avqust ayının 7-də Cənubi Osetiya və Abxaziyaya yerləşdirilən Rusiya qüvvələrinin 7000 əsgəri hələ də regionadadır. BMT, ATƏT və Avropa İttifaqının həmsədrliyi ilə Çenevrə danışıqları sabah keçiriləcək.