ABŞ
hökuməti özəl banklarda 250 milyard dollar həcmində səhmlər alır və böhranla
üzləşən maliyyə sektorunun xilası üçün borclara və kreditlərə əlavə təminatlar
verir. Bu gün Ağ Evdə danışan ABŞ
prezidenti Corc Buş deyir ki, plan
sistemdəki etimadı bərpa edəcək və bankları yenidən kredit verməyə
ruhlandıracaq. İqtisadçılar deyir ki,
donmuş kredit bazarı qlobal iqtisadiyyatı tənəzzülə sürükləyə bilər. Cənab Buşun sözlərinə görə, hökumətin
müdaxiləsi özəl banklara sahib olmaq yox, onları dəstəkləmək məqsədi daşıyır
Avropanın başqa dövlətləri də buna bənzər addımlar atıblar. Bu gün Asiya və Avropa bazarları
Vaşinqtonun addımlarına reaksiya verərək artım qeydə alıblar.