Şimali
Koreya bildirib ki, ABŞ Pxenyanı terroru dəstəkləyən hökumətlər siyahısında
çıxardıqdan sonra indi Yonqbyon nüvə obyektinin ləğvi istiqamətində
fəaliyyətlərini bərpa edəcək. Şimali
Koreyanın xarici işlər naziri ABŞ-ın bu addımını alqışlayıb və Birləşmiş
Ştatlar və BMT ekspertlərinin nüvə reaktorunun sıradan çıxarılması prosesini
monitorinq etməsinə imkan verməyə söz verib. Cənubi Koreya da Buş
Administrasiyasının bu addımını müsbəq qiymətləndirib. Şimali Koreya ilə
çoxtərəfli nüvə danışıqlarında Cənubi Koreyanı təmsil edən Kim Sun bu gün
Seulda jurnalistlərə deyib ki, hökuməti razılaşmanı altı-tərəfli danışıqların
bərpası istiqamətində atılan müsbət addım kimi dəyərləndirir. Qeyd edək ki, ABŞ
dünən Şimali Koreyanın adını terroru dəstəkləyən ölkələr siyahısından çıxarıb.