ABŞ prezidenti Böyük Yeddilərin maliyyə nazirləri ilə görüşüb

ABŞ prezidenti Corc Buş dünyanın aparıcı qüvvələrini birgə iş aparmaqla, qlobal iqtisadiyyatın artımı və sabitliyinin bərqərar edilməsinə çağırıb. Bu gün Ağ Evdə danışan prezident deyib ki, hazırkı durumdan çıxmaq üçün dövlətlərin addımları biri-birinə zidd olmamalıdır. Böyük Yeddilərin maliyyə nazirləri ilə görüşündən sonra çıxış edən Corc Buş bildirib ki, maliyyə rəsmiləri gələcək iflaslara yol verilməməsi məqsədi ilə dünyanın əsas maliyyə təsistalarına dəstək verəcəklərinə söz veriblər. ABŞ prezidenti Corc Buş maliyyə nazirlərinin bank depozitlərinin müdafiəsi üçün maliyyə təsisatlarını kapital axını ilə təmin edəcəklərinə vəd verdiklərini deyib.