Ukrayna
prezidenti parlamentə koalisiya hökuməti təşkil etməsi üçün daha artıq vaxt
verdiyini bildirib. Prezident Viktor Yuşenko bu gün parlament liderləri ilə
görüşüb. Qrup hökumətin təşkili barədə razılığa gələ bilməyəndən sonra cənab
Yuşenko partiya liderlərinə deyib ki, fikir ayrılıqlarını həll etmək üçün
onlara daha artıq vaxt verir. Ancaq prezident nə qədər vaxt verdiyini
bildirməyib və deyib ki, əgər parlament çıxılmaz vəziyyəti həll edə bilməsə
yeni seçkilər keçirilməsinə çağıracaq. Cənab Yuşenkonun baş nazir Yuliya
Timoşenko ilə təşkil etdiyi hakim koalisiya keçən ay dağılmışdı. Səbəb
Rusiyanın Gürcüstana müdaxiləsinə cavab verilməsi ətrafında yaranan fikir
ayrılıqları idi.