İraq
polisinin bildirdiyinə görə, Bağdadın şimalında Baquba şəhərində qadın
intiharçının hücumu nəticəsində 9 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.
Rəsmilərin sözlərinə görə, hücum bu gün zorakılıqların daha çox qeydə alındığı
Diyala vilayətinin paytaxtında məhkəmə binası önündə baş verib. Ölənlər
arasında 2-si zabit olmaqla 5 Iraq əsgəri də var. Günün əvvəlində isə İraq
xarici işlər naziri deyib ki, ABŞ və İraq Amerika əsgərlərinin 2008-ci ildən
sonra da ölkədə qalması barədə razılaşmanın əldə olunmasına yaxındır. Hoşyar
Zebari dünən ABŞ Dövlət katibinin müavini Con Neqroponte ilə birgə Bağdadın
“Yaşıl zona” ərazisində mətbuat konfransında müzakirələrin hazırkı vəziyyəti
barədə danışıb.