"Rusiya
Türkiyənin Qafqazda sülh təşəbbüslərində konkretlik görmür". Bunu Rusiyanın
xarici işlər naziri Sergey Lavrov ötən həftə Yerevanda bəyan edib. Cənab Lavrov ilk dəfə olaraq, Türkiyənin
Qafqaz evi təklifinə tənqidi münasibət bəsləyib. Halbuki, indiyə qədər Rusiya
rəsmiləri bu təklifin təşəbbusə isti yanaşırdılar.
Türkiyə
mətbuatının xəbərinə görə, Rusiyanın mövqeyini bu cür dəyişməsi Ankarada
təəccüblə qarşılanıb. Öz növbəsində,
Moskvada Lavrovun son bəyanatlarının Rusiyanın ümümi məvqeyilə ziddiyyət təşkil
etmədiyi fikrindədirlər.
Moskva Dövlət
Unversitetinin Qafqaz regionu üzrə tədqiqatçısı professor Aleksey Vlasov deyir
ki, Rusiya əvvəldən Qafqaz evi ideyasına real baxmayıb, sadəcə, səslənən
bəyanatlar vəziyyəti öyrənməyə xidmət edirdi:
"Məncə bu ideya
o vaxt reallaşar ki Cənubi Qafqazda Rusiya-Gürcüstan müharibəsindən əvvəlki
sabitlik bərpa olunsun. Bu, yoxdur. Ona görə də ehtimal ki, cənab Lavrov və
degər Rusiya rəsmiləri əvvəllər bu ideyadan danışanda taktiki perspektivi
nəzərdə tuturdular. Amma üzunmüddətli perspektivdə məncə, gözləmək olmaz ki,
Ankaranın təşəbbüsü bütün ölkələri əvvəllər də müzakirə olunmuş Böyük Qafqaz
layihəsinə qaytaracaq".
Cənab Vlazov
deyir ki, indi Qafqaz evi barədə danışmazdan
əvvəl regional təhlükəsizlik məsələlərini həll etmək lazımdır. Belə ki,
bölğədəki münaqişələr Qafqaz çətiri altında platforma yaradılmasını mümkünsüz
edir. Əskinə, Vlazov deyir ki, bu təşəbbüs heysiyyatları qıcıqlandırır:
"Götürək elə
Qarabağ problemini. İndiki şəraitdə nə Azərbaycan, nə də Ermənistan bir çətir
altında birləşməkdə maraqlı deyil. Əvvəlcə buna hazırlaşmaq lazımdır. İdeya
naminə ideya sürmək olmaz".
Bu arada,
Avropa Birliyinin Gürcüstandakı missiyası Rusiya hərbçilərinin münaqişə
bölgələrindən geri çəkilməyə başladığı barədə məlumatlar yayıb. Cənab Vlasov
deyir ki, indi Rusiyanın qarşısındakı bir nömrəli məsələ Qafqazda özünün də
cəlb edilərək pozulmuş sabitliyi bərpa etməkdir. Onun firkincə, bunun özü
Qafqaz evinin yaradılması reallaşması üçün bir addım ola bilər.