Qırğızıstanın cənub bölgəsində baş verən zəlzələ səbəbi ilə Nura kəndi tamamilə dağılıb, 72 nəfər həlak olub, 100-dən artıq insan xəsarət alıb. Fövqəladə hallar naziri Kamçubek Taşiyev xilasetmə əməliyyatlarının davam etdiirlidiyini bildirir. Amerikanın Geoloji Aradırmalar Mərkəzinin bildirdiyinə görə, zəlzələnin şiddəti Rixter şkalası ilə 6.6 bal olub. Dünən gecə baş verən zəlzələnin episentri Sarı-Taş bölgəsindən 65 km-lik məsafədədir. Qırğızıstan prezidenti Kurmanbek Bakiyev zəlzələnin ziyanlarları ilə tanış olmaq üçün sabah fəlakət zonasına baş çəkəcək. Rusiyanın Fövqəladə Hallar Nazırliyi artıq ilk yardımlarını Qırğızıstana göndərməkdədir.