Respublikaçı
vitse prezidenlityə namizəd Sara Peylin
Demokrat namizəd Barak Obamanın prezident qismində yararsızlığını
nümayiş etdirmək üçün onu terroristlərə əlaqə saxlamaqda günahlandırıb. Alaska qubernatoru Peylin öz ittihamını
Obamanın hazırda kollec professoru olan Vilyam Eyerzlə münasibətlərinə dair
qəzetdə dərc olunmuş yazıya əsaslandırıb.
40 il bundan öncə Eyerz Vyetnam müharibəsinin əleyhinə kampaniya aparmaq
üçün “Weather Underground” adlı militant qrup təsis etmişdi. Həmin qrup bir neçə federal hökumət
binalarının partladılması üçün məsuliyyəti öz üzərinə götürmüşdü. 1990-cı
illərdə Obama və Eyerz birlikdə Çikaqoda məktəb layihəsi üzərində və xeyriyyə
fonundun idarə heyətində çalışıblar. Demokrat senator Eyerzin radikal
fəaliyyətini pisləyib. Obama
kampaniyası Peylinin şərhlərini təhqiramiz adlandırıb və onu seçicilərin
diqqətini ölkənin iqtisadi problemlərindən yayındırmaq cəhdində günahlandırıb.