Təbrizin İslam İnqilabı Məhkəməsi
azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Şahnaz Qulami barədə 6 ay həbs
qərarı çıxarıb. O, Azərbaycanında baş verən hadisələrdən yazılarına görə
təqsirli bilinir. Bu barədə "Gooya News" məlumat yayıb. "İrwomen" və "Əmir
Kəbir" kimi başqa mənbələr də xəbəri təsdiqləyərək, daha öncə keçirilən məhkəmə iclasında jurnalistin ona qarşı irəli sürülən ittihamları təkzib etdiyini
bildirirlər. Məhkəmə jurnalistin yazdığı bir sıra məqalələrın "ölkənin milli
təhlükəsizliyinə" zərbə vurduğunu bildirir. Problemlərə səbəb olan yazılar
arasında o cümlədən, son zamanlar bəzi hərəkatçıların şübhəlı ölüm halları və
qadınlara qarşı ayrıseçgiliklərlə bağlı məqalələrin olduğu vurğulanır.
Jurnalistin vəkili Məhəmmədəli Dadxah
müvəkkilinə qarşı irəli sürülmüş ittihamları əsassız adlandırıb.
Şəhnaz Qulami, "Qadın Jurnalistlər
Birliyi"nin üzvü və "Azer women" web səhifəsinin baş yazarıdır. O, siyasi
fəaliyyətlərinə görə 1989-1994-cü illər arasında 5 il həbs cəzası çəkib.
2006-cı ildə "İran" qəzetinin azərbaycanlıları təhqir edən karikaturasına qarşı
Təbriz, Urmiya, Marağa, Sulduz, Ərdəbil, Zəncan və başqa Azərbaycan
şəhərlərində keçirilən kütləvi etirazlar zamanı Şəhnaz Qulami də həbs olunaraq
bir ay sonra zaminə buraxılmışdı.