Zimbabve liderləri arasında fikir ayrılıqları davam etməkdədir

İki həftə bundan əvvəl Zimbabve lideri Robert Muqabe ilə Morqan Çangiray arasında hakimiyyət bölgüsü haqda razılıq əldə edildikdən sonra yeni nazirlərin seçilməsində fikir ayrılıqları yaranıb. Bu həftənin əvvəli Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının sammitindən geri dönən Zimbabve lideri Robet Muqabe deyib ki, həftənin sonunadək hökumət təşkil edilməlidir. Lakin dünən baş nazir Morqan Çangirayla keçirilən yığıncaqdan sonra bu məsələ ilə əlaqədar razılıq əldə edilmədiyi bildirilib.

Demokratiya Uğrunda Dəyişiklik Hərəkatının baş koordinatoru Eddi Kross Amerikanın Səsinə bundan əvvəl də, hələ cənab Muqabe Nyu Yorka yola düşməzdən liderlərin heç bir ortaq nəticəyə gəlmədiyini deyib.

Keçən ay liderlər aralarında güzəştə gedəcəklərini desələr də, hələ ki, əsaslı razılıq əldə edilməyib.