Bu gün Rusiyanın Orenburq şəhəri
yaxınlığında üçmərtəbəli məktəbin uçması nəticəsində 5 şagirdin öldüyü, 4-nün
isə yaralandığı bildirlir. Rusiya hökumətinin sözçüsü insident baş verəndən
sonra 300-dən çox adamın evakuasiya edildiyini bildirib və deyib ki, ölən 5
nəfər 11-ci sinfin şagirdləri olub. Qeyd edək ki, Rusiya şəhərlərindəki
binaların çoxu köhnədir və artıq istifadə üçün yaramır.