ABŞ nüvə məsələləri üzrə nümayəndəsi Kristofer Hill Şimali Koreyadadır

ABŞ nüvə məsələləri üzrə nümayəndəsi Kristofer Hill beynəlxalq nüvəsizləşdirmə danışıqlarını bərpa etmək üçün Şimali Koreyadadır. Bu gün Cənubi Koreyaya getməzdən əvvəl Hill müxbirlərə deyib ki, onun səfərinin başlıca məqsədi Pxenyanı öz nüvə proqramını açıqlamağa inandırmaqdır. Pxenyanda Hill Şimali Koreyalı həmkarı Kim Kye Kvanla görüşəcək. Hill Şimali Koreyanın yoxlamalara skeptik yanaşmasını anladığını bildirmiş, lakin əlavə etmişdir ki, yoxlama üzrə razılıq olmadan proses irəli gedə bilməz. Səfəri əsnasında Hillin Pxenyana kompromis təklif edəcəyi gözlənilir ki, bu plana əsasən Şimali Koreya açıqlamanı kommunist dövlətin ən yaxın müttəfiqi olan Çinə təhvil verəcək. Əvəzində ABŞ-ın Şimali Koreyanı terrorizmi dəstəkləyən ölkələr sırasından çıxaracağı güman edilir.