İki günlük konfransda Azərbaycanla bağlı bir sıra mühüm
məsələlərin müzakirə olunacağı və ABŞ-dakı Azərbaycan diasporunun fəaliyyətinin
istiqamətinin müəyyən ediləcəyi gözlənilir.
Konfransın başlıca məramlarından biri Amerikada yaşayan azərbaycanlıları Azərbaycanın
maraqlarına uyğun ideyalar ətrafında birləşdirmək və bu ideyaları Amerika
cəmiyyətinə effektiv çatdırmaqdır.
Tədbirin əvvəlində çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev ABŞ-la Azərbaycan arasında strateji münasibətlər qurulduğunu bildirdi. Bu xüsusda o, terroruzmə qarşı mübarizə, regional təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı önə çəkdi. Eyni zamanda səfir 907-ci düzəlişin qanun kimi mövcudluğundan narazılığını dilə gətirdi və Azərbaycana sanksiyalar nəzərdə tutan bu maddənin birdəfəlik ləğv olunacağına ümidini izhar etdi. ABŞ Nmayəndələr Palatasının sabiq spikeri Robert Livinqston da öz nitqində 907-ci düzəlişin ədalətsizliyinə diqqət yetirdi. Onun sözlərinə görə, ABŞ-la müttəfiq Azərbaycanın sanksiyalara məruz qalması müsbət hal deyil.
Konfransın birinci günündə iştirakçılar azərbaycanlıların Amerika cəmiyyətinə verdiyi töfhələr, habelə türk amerikalıların Birləşmiş Ştatlardakı Azərbaycan diasporası ilə birgə səylərinə diqqət yetirdilər. Günün sonunda Azərbaycan musiqi ustalarının Kennedi Mərkəzində konserti keçirildi. Konfrans okytabrın 2-də öz işini davam etdirəcək.