Konqres liderləri maliyyə böhranından çıxmaq yollarını müzakirə edirlər

ABŞ prezidentliyinə namizədlər və Konqres liderləri maliyyə böhranından çıxmaq yollarını müzakirə etdiyi zaman iqtisadi duruma yüngülllük gətirmək məqsədilə müvəqqəti ölçülər götürülməsni təklif ediblər. Bu gün Ayovada çıxış edən senator Con Makkeyn maliyyə nazirliyinə böhranla üzləşən ipotekarları almağı tövsiyə edib. O, habelə məsləhət görüb ki, nazirlik 250 milyard dolları maliyyə institutlarının sabitləşdirilməsinə xərcləsin. Hər iki namizəd - Barak Obama və Con Makkeyn qanunvericiləri maliyyə böhranından çıxmaq üçün plan üzərində işi davam etdirməyə çağırırlar. Namizədlər bu gün prezident Buşla telefonda danışdıqlarını və böhranla bağlı ideyalar təklif etdiklərini deyirlər.