ATƏT-in
bildirdiyinə görə, seçki prosedurlarında kiçik inkişafa baxmayaraq Belarus
parlament seçkiləri demokratik standarlara cavab verməyib. Təşkilatın bugünkü
hesabatı Belarus rəsmilərinin müxalifətin
110 yerdən heç birini əldə edə
bilməməsini deməsindən sonra bəyan edilib. ATƏT bildirir ki, səsvermə
ümumilikdə yaxşı keçib. Ancaq 48 məntəqədə səslərin hesablanmasını “pis və ya
çox pis” qiymətləndirən təşkilat 35 dairədə isə müşahidəçilərin montorinq
aparmasına əngəl törədildiyini bildirib. Müxalifət liderləri seçkilərin
saxtalaşdırıldığını iddia edir və Qərbi bu nəticələri tanımamağa çağırır.
Prezident Aleksandr Lukaşenko dünən deyib ki, müşahidəçilərin seçkilərin
ədalətsiz keçirildiyini söyləməsi çətin olacaq.