Dünən Dehlinin
Mehrauli bazarında baş verən partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb.
ABŞ-ın Hindistandakı səfiri Hindistan xalqının dərdinə şərik olduğunu bildirib.
Deyvid Malford partlayışdan kədərini bildirib. BMT baş katibi Ban Ki-Mun isə
Hindistanda mülki vətəndaşları hədəf alan ardıcıl partlayışlardan narahatlıq
hissi keçirdiyini deyib. Dünən Dehlidə gül bazarında baş verən partlayış zamanı
13 yaşlı oğlan həlak olmuş, 20 nəfər isə yaralanmışdı. Polis deyib ki, şahidlər
2 nəfərin motosikletlə keçərək bazarın qarşısına plastik çanta atdığını görüb.
Oğlan isə çantanı yiyəsinə qaytarmaq istəyərkən bomba işə düşüb. Qatil hadisə
yerindən qaça bilib.