ABŞ
Prezidenti Corc Buş Amerika vətəndaşlarını arxayın etməyə çalışıb ki, maliyyə
sektorunun xilasına yönəlmiş paket planı onların marqlarına xidmət edir. Həftəlik radio müraciətində cənab Buş
bilridib ki, “Uol Stritin səhvlərinə görə onların pul ödəməsini” xahiş etmək
düzgün deyil. Lakin o, əlavə edib ki,
maliyyə sektorunun iflası əksər Amerikalılar üçün çətinliklərlə müşaiyət
olunacaq. Rəy sorğuları göstərir ki,
Amerikalıların çoxu hökumətin maliyyə firmalarından pis investisiyaları alması
planına qarşı çıxır. Təklif habelə
Konqresdə etirazla qarşılanır. Hərçənd
ki, Senatdakı Demokratlar və Respublikaçılar ölçünün ümumi prinsipləri ilə
razılaşır, Nümayəndələr Palatasındakı Respublikaçılar xilas paketinin dəyərinə
etiraz edirlər.