BMT
Baş Assambleyası bu gün xüsusi sessiyasını keçirir. Burada xarici işlər
nazirləri dünyaya müraciət edəcəklər. Onların sırasında Azərbaycan xarici işlər
naziri Elmar Məmmədyarov da olacaq.
Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Suriya və Şimali Koreyanın xarici
işlər nazirləri da bu gün Nyu-Yorkda çıxış edəcəklər. Həftə boyu dünya
liderləri beynəlxalq terrorizm, maliyyə böhranı, atran yanacaq qiymətləri və
iqlim dəyişikliyinə qlobal cavab verilməsinə çağırıb. Dünən Böyük Britaniya baş
naziri Qordon Braun BMT-nin Baş Assambleyasında çıxışı zamanı baş verən
iqtisadi böhranı aradan qaldırmaq üçün
dünya ölkələrini birgə işləməyə səsləyib.