Şimali Koreya Yonqbyonun bərpasına çalışır

Şimali Koreya BMT nüvə müfəttişlərinə deyib ki, ölkə bir hissəsi sökülmüş Yonqbyon reaktoruna nüvə materiallarını yenidən təqdim etməyi planlaşdırır. Beynəlxalq Atom Enerji Agentliyinin sözçüsünün bildirdiyinə görə, izolyasiya olunmuş rejimin rəsmiləri agentliyi alimlərinin bir həftə ərzində reaktoru bərpa edəcəkləri barədə məlumatlandırıb. Sözçü Cenevredə deyib ki, nüvə agentliyinin müfəttişlərinin artıq Yonqbyon zavodu ilə əlaqəsi yoxdur. O, agentliyin möhürlərinin və müşahidə cihazlarının zavoddan çıxarıldığını deyib. Cənubi Koreya rəsmiləri Şimalın bu addımından narhat olduqlarının dilə gətiriblər.Bu hərəkətlər Pxenyanın nüvə proqramının sona çatdırılması istiqamətində beynəlxalq cədləri təhlükə altına atır.