Pakistan
əsgərləri son iki gündə ölkənin şimal-qərbində döyüşlər zamanı 60 yaraqlını
öldürüb. Rəsmilər deyir ki, dünən Dara Adam Xan regionunun Peşəvər vilayəti
yaxınlığında gedən döyüşlər zamanı 50 yaraqlı və bir əsgər həlak olub.
Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, bu gün Əfqanıstanla sərhəd Bajaur
ərazisində daha 10 yaraqlı öldürülüb. Rəsmilər deyib ki, bu döyüşlər regionda
Əl-Qaidəyə bağlı yaraqlılara qarşı davam edən hərbi hücumların bir hissəsidir.
Keçən ay əməliyyatlar başlayandan bəri, Pakistan ordusu 700-dən çox yaraqlını
öldürdüyünü bildirib. Bu gün BMT qaçqınlar agentliyi bu döyüşlər səbəbilə
evlərindən didərgin düşən 200 min insana kömək üçün 17 milyon dollarlıq yardım
ayrılmasına çağırıb.