Corc Buş BMT-yə müraciətində ölkəsinin iqtisadi böhranından bəhs etdi

ABŞ prezidenti Corc Buş BMT-yə son müraciətində ölkəsinin iqtisadi böhranından bəhs etdi. Ağ Evin sözçüsü Dana Perino bu gün müxbirlərə deyib ki, prezident öz administrasiyasının böhranı həll etmək üçün atdığı addımlardan danışdı. Hazırda cənab Buş ABŞ maliyyə sektorunun xilas edilməsi üçün 700 milyard dollarlıq yardım paketini Konreslə müzakirə edir. Prezident habelə Rusiya ilə qarşıdurmada olan Gürcüstana dəstəyini izhar etdi, İrana və Şimali Koreyaya bu ölkələrin nüvə proqramları ilə bağlı sərt mesaj göndərdi. BMT Baş Assambleyasının illik sessiyasında 120-dən çox dövlət başçısı iştirak edir.