İraqın Milli Jurnalistlər Birliyinin lideri yaralanıb

Şahidlərin bildirdiyinə görə, Bağdadda bomba partlayışı səbəbi ilə İraqın Milli Jurnalistlər Birliyinin lideri və digər 3 nəfər xəsarət alıb. Bomba birliyin liderinin qonaqlarını yola salmağa çıxdığı vaxt işə düşüb. Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Fevral ayında naməlum silahlı şəxslər tərəfindən İraqın Milli Jurnalistlər Birliyinin sabiq lideri qətlə yetirilmişdi. Jurnaslitlərin Müdafiəsi Komitəsinin bildirdiyinə görə, İraq 2003-cü ildən, ABŞ-ın o ölkəyə müdaxiləsindən sonra jurnalistlər üçün ən təhlükəli bölgə hesab edilir.