ABŞ
maliyyə naziri Henri Polson deyir ki, hökumət hazırkı iqtisadi böhrandan çıxmaq
üçün qəti addımlar atmalıdır. O,
bugünkü çıxışında maliyyə böhranını qaytarılmamış ipoteka borcları ilə
əlaqələndirib. Belə ki, ev sahibləri
ipoteka pulunu ödəməyəndə bu kreditorlara və ipotekaya əsaslanan
investisiyalara zərbə endirir.
Bu arada, ABŞ hökumətini bankları mənfi borcdan çıxarmaq üçün plan hazırladığını zaman dunya səhm birjalarının indeksi artıb.
Tokyonun Nikkey indeksi 4 faiz, Honq Konqun Hanq Senq indeksi isə 9.5 faiz artıb.
Hökumət alqı vergilərini ləğv etdikdən sonra Çinin Şanxay indeksi də 9 faiz artıb. Səhm qiyməltərinin habelə Avropa və Rusiyada kəskin artdığı müşahidə olunur.