Yəmən hökuməti hucumda əli olanların məhkəmə qarşısına çıxarılacağına söz verib

Yəmən rəsmilərinin bildirdiyinə görə, çərşənbə günü Yəmənin paytaxtı Səna şəhərində Birləşmiş Ştatlar səfirliyi qarşısında həyata keçirilən hücumda şübhəli bilinən 25 nəfər həbs edilib. Qeyd edək ki, hücum 18 yaşlı amerikalı qadın və yeni evlənmiş bir gənc də daxil edilməklə, 6 Yəmən təhlükəsizlik işçisi və digər 4 nəfərin ölümünə səbəb olub. Hücumda iştirak edən 6 nəfərın də öldüyü bildirlir. Rəsmilər yaraqlıların maşına yerləşdirilmiş bombalardan, avtomat silahlardan və qumbaralardan istifadə etdiklərini, Yəmən hərbiçilərinin və polisin onlara cavab atəşi açdıqlarını deyirlər. Yənəm hökuməti hucumda əli olan hər kəsin məhkəmə qarşısına çıxarılacağına söz verib.