Türkiyə hökuməti parlamentdən hərbi qüvvələrin İraq ərazisində kürd üsyançılarına qarşı əməliyyatların aparılması səlahiyyətlərinin daha bir
il uzadılmasını istəyir. Türkiyə hərbi qüvvələrinin həmin
əməliyyatlarla əlaqədar hazırkı səlahiyyət müddəti oktabrın 17-də başa
çatır. Baş nazirin müavini Cəmil Çiçək deyib ki, gələn ayın əvvəllərində parlamentin sesiyasının başlamasından sonra
hökumət İraq ərazisində əməliyyatlar
üçün hərbi qüvvələrin səlahiyyət müddətinin uzadılması üçün parlamentə müraciət edəcək.