ABŞ-ın müdafiə naziri Robert Geyts Əfqanıstanda səfərdədir

Müdafiə naziri Robert Geyts Kabildə səfərdə olarkən, Birləşmiş Ştatların hərbi komandanı, admiral Mayk Müllen ABŞ hərbi qüvvələrinin Pakistan ərazilərinə hücumu ilə əlaqədar danışıqlar aparmaq məqsədi ilə İslamabada gedib.

Kabildə etdiyi çıxışı zamanı Robert Qeyts koalisiya qüvvələrinin əməliyyatları zamanı çox sayda mülki vətəndaşın öldürülməsinə görə dərin təəssüf hissi keçirdiyini bildirib və söz verib ki, əməliyyatlar zamanı mülki vətəndaşların ölümünün qarşısını almaq üçün daha çox işlər görəcək.

Müdafiə naziri Əfqanıstan prezidenti Həmid Karzai ilə görüşüb. Qeyd edək ki, cənab Karzai və Əfqanıstan rəsmiləri son zamanlar həlak olan mülki vətəndaşların sayının artmasına görə ABŞ-ı kəskin tənqid etmişlər.