İslamçı yaraqlılar Yəmənin paytaxtı Sənada Birləşmiş Ştatlar səfirliyinin qarşısında maşına yerləşdirilmiş bomba partalayışının məsuliyyətini öz üzərinə götürüblər. Bomba hücumu zamanı azı 16 nəfər həlak olub. Özünü Yəmən islamçi cihadi adlandıran qrup gələcəkdə də eyni hücumlar təşkil edəcəyilə bağlı xəbərdarlıq edib. ABŞ səfirliyinin sözçüsü Ryan Qliha deyib ki, bombanın partlamasından sonra başqa partlayışlar baş verib. Şahidlərin bildirdiyinə görə, onlar partlayışdan sonra səfirliyin yaxınlığında atəş səsləri eşidiblər. Polis məntəqəni əhatə etdib . Rəsmilər hadisə zamanı 6 yəmən əsgəri və 6 hücumçunun öldürüldüyünü bildirirlər. Son illər islamçı ekstremistlər Yəməndəki Birləşmiş Ştatarın hədəflərinə bir sıra hücumlar təşkil etmişlər.