İran uran zənginləşdirilməsini davam etdirir

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə silahları istehsal etmək cəhdlərini aydınlaşdırmaqda irəliləyişə nail olmadığını bildirir. Bugün Vyanada açıqlanan hesabatda agentlik əlavə edib ki, Tehran həmçinin öz nüvə qabiliyyətlərini artırmaqda davam edir. Belə ki, İranın hazırda 6000 uran zənginləşdirən sentrifuqası var. BMT Təhlükəsizlik Şurası Tehrana uran zənginləşdirilməsini dayandırmaq istiqamətində təzyiqlər göstərir. Uran zənginləşidirlməsi atom bombalarının istehsalı üçün istifadə oluna bilər. Ağ Ev bugün bildirib ki, İran uran zənginləşdirməsini dayandırmalı və ya yeni sanksiyalarla üzləşməlidir.