İranın rəsmi "İrna" Xəbər Agentliyinin
məlumatına görə, aramsız yağışlar ölkənin Qərbi Azərbaycan əyalətindəki Urmiya, Salmas, Çaldıran, Mahabad, Piranşəhr, Tikab,
Bukan və Sərdəştdə
şəhərlərində böyük daşqınlara səbəb olub.
Təbii fəlakət nəticəsində ikisi Salmasdan, biri isə Mahabaddan olmaqla 3 adam
həyatını itirib.
Əyalət rəsmiləri 61 kəndin zərər çəkdiyini,
əkin sahələrinin su altında qaldığını və çoxsaylı ev heyvanlarının tələf
olduğunu deyir. Təbii fəlakətdən əziyyət çəkənlərə ilkin yardımların
çatdırılmasına başlanıb. Aramsız yağışların Qərbi Azərbaycanın Miyandab
bölgəsində də oxşar problemlərə səbəb olacağı güman edilir.
Bu
arada, "Fars" Xəbər Agentliyi məlumat verib ki, Azərbaycanın Şərqində yerləşən
Sarab şəhərində Heris Çayının daşması, əkin və balıqçılıq sahələrinə böyük
zərbə vursa da, insan tələfatına səbəb olmayıb.