Helikopter,
qayıq və yük maşınlarında xilasedicilər Ayk qasırğası zamanı evakuasiya əmrinə
riayət etməmiş adamları xilas etmək üçün fəlakət zonasına gəliblər. Prezident Corc Buş bildirib ki, axtarış və
xilas missiyaları zonada başlıca prioritetdir.
Texas qubernatoru Rik Perri deyir ki, fövqəladə hallar işçiləri mindən
çox adamı artıq xilas ediblər. Rəsmilər
ehtiyat edirlər ki, minlərlə insan evlərində ilişib qalıb. Ayk qasırğası ABŞ-ın
4-cü ən iri şəhəri Hyuston üzərindən keçdikdən sonra ərazidə böyük
dağıntılara səbəb olub. Saatda 175
kilometr sürətə malik küləklər elektrik xəttlərini qırmış və yanğınlar
törətmişdir.