Ruslar Potini tərk etməyə başlayıb

Gürcü polis işçisi separatçı Abxaziya regionu yaxınlığında güllə ilə vurularaq öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin sözçüsü Şota Utiaşvili deyib ki, polis bu gün Abxaz yoxlanış məntəqəsi istiqamətindən açılan atəşlər nəticəsində dünyasını dəyişib. İnsident Fransanın vasitəçiliyi ilə əldə edilən razılaşmanın bir hissəsi kimi Rus qüvvələrinin Gürcüstanın qərb bölgələrindən mövqelərəini tərk etdiyi zaman baş verib. Gürcü rəsmilər rus qoşunlarının Qara dəniz liman şəhəri Potini tərk etməsi barədə məlumatı təsdiq edib. Gürcüstanın Cənubi Osetiya regionunda nəzarəti yenidən ələ keçirməyə çalışmasından sonra Rusiya ordusu qonşusuna təzyiq göstərir. Kreml Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.