İraq telekanalının 4 əməkdaşı qətlə yetirilib

İraq televiziyasının bildirdiyinə görə, silahlılar ölkənin şimalında telekanalın 4 əməkdaşını oğurlayaraq öldürüb. Ərazidəki mənbələr deyir ki, 4 nəfər reportaj hazırlamağa gedərkən bu gün Mosul şəhərində qətlə yetirilib. Qətlin məsuliyyətini heç kəs öz üzərinə götürməyib. Baş qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin dediyinə görə, İraq bütün dünyada jurnalistlərin ən çox həlak olduğu yerdir. Qrupun məlumatında deyilir ki, 2003-cü ildən bəri İraqda 130 reportyor və 50-ə yaxın mətbuata dəstək verən şəxs qətlə yetirilib. Bununla yanaşı, İraq rəsmilərinin sözlərinə görə, bu gün baş verən iki bomba hücumu nəticəsində təhlükəsizlik qüvvəsinin 10 üzvü həlak olub.