Yeni Dehlidə ardıcıl parlayışlar olub

Polisin sözlərinə görə, Hindistanın paytaxtı Yeni Dehli şəhərində baş verən ardıcıl partlayış nəticəsində 18 nəfər həlak olub, onlarla insan yaralanıb. Hüquq mühafizə rəsmilər deyir ki, aralarında bir neçə dəqiqə fasilə ilə ən azı 5 partlayış bu gün insaların basırıq olduğu bazarlarda baş verib. Bomba hücumları habelə həftə sonu insanların alış verişə çıxdığı Yeni Dehlinin Qreter Kaylaş və Karol Bağ məhəllələrində həyata keçirilib. Polis daha iki hücumu təkzib edib. Ehtimallara görə, onlardan biri şəhərin Müharibə memorialının yanında, digəri isə kinoteartın qarşısında baş verib. Paytaxt meri insanları sakitləşməyə və evlərindən çıxmamağa çağırıb. Şəhərin civarlarında həyəcan təbili çalınıb. Hücuma görə məsuliyyəti “Hindistan Mücahidələri” qrupu öz üzərinə götürüb.