Zimbabwe prezidenti Robert Muqabe və müxalifət
lideri Morqan Çanqiray ölkədəki siyasi böhrana son qoymağı nəzərdə tutan
hakimiyyət bölgüsü sazişinə razılıq veriblər. Bazar ertəsinə kimi razılaşmanın
detallarının rəsmən açıqlqanacağı gözlənilmir. Ancaq hər iki tərəfin
rəsmilərinə yaxın mənbələrin məlumatına görə, vahid hökumətdə cənab Muqabe
prezident, Çanqiray isə baş nazir vəzifəsini icra edəcək. Mənbələr habelə
bildirirlər ki, Zanu-PF kabinetdə 15, Demoratik Dəyişiklik Hərəkatı 13, kiçik
müxalif fraksiya isə 3 nəfərlə təmsil olunacaq. Danışıqlarda vasitəçi olan
Cənubi Afrika Respublikasının prezidenti Thabo Mbeki razılaşmanı dünən axşam
bəyan edib. O deyib ki, Zimbabve liderlərinin sazişin həyata keçirilməsində öz
öhdəliklərinə əməl edəcəyinə inanır.