Roma
papası XVI Benedikt 4 günlük səfərlə Parisdədir. Bu gün Pontif Fransa prezidenti Nikola Sarkozi ilə
görüşüb. Papa Fransanı hökumətlə din arasındakı dialoqlarına görə alqışlayıb,
milli müxtəliflik və mədəni ənənələrə hörmətin vacibliyini vurğulayıb. O,
Fransanın müsəlman və yəhudi icmalarının liderləri ilə də görüşəcək. Sabah Papa
Parisin mərkəzində kütləvi dini mərasim keçirəcək. Mərasimə 150 mindən çox
insanın qatılacağı ehtimal edilir. Daha sonra isə XVI Benedikt Lourdes
kilsəsində dua mərasimi keçirəcək. Mərasimə qoşula bilməyənləri nəzərə alaraq
Vatikan onların bu təbdiri internetdə canlı izləməsi üçün Lourdes kilsəsində
kameralar quraşdırıb.