İran və Rusiya Xarici İşlər nazirləri nüvə əməkdaşlığına dair danışıqlar aparır

İran və Rusiyanın xarici işlər nazirləri Moskvada nüvə enerjisi sahəsində əməkdaşlığa dair danışıqlar keçirirlər. Bu gün başlayan danışıqlardan öncə Rusiyann İnterfaks agentlyi Xarici İşlər naziri Sergey Lavrova istinadən xəbər verib ki, Lavrov və onun iranlı həmkarı Mənuçehr Müttəki Rusiyanın dövlətə məxsus şirkətinin İranın ilk nüvə elektrik stansiyasının inşasını başa çatdırması məsələsini müzakirə edəcəkklər. Sergey Lavrov İnterfaksa bildirib ki, İranın cənubunda Buşehr şəhərində stansiyanın inşası ilə bağlı əməkdaşlıq yaxşı səviyyədə aparılır.


Bu həftənin əvvəli Atomstroyeksportun rəhbəri bildirmişdi ki, stansiyanın işə düşməsinə hazırlıqlar başa çatmaq üzrədir. Stansiyanın işə düşməsi üçün müddət sentyabrın 29-u Rusiya və İranın nüvə eksperltərinin görüşündən sonra müəyyən ediləcək.