Rusiya Cənubi Osetiya və Abxaziya ilə diplomatik əlaqələr qurur

Rusiya Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələri ilə formal diplomatik əlaqələr yaratdığını bildirir. Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva hər iki bölgənin rəhbərliyi ilə məsələ ilə bağlı qarşılıqlı nota mübadiləsi aparıb. Cənab Lavrov habelə jurnalistlərə bildirib ki, Rusiya hər iki ərazidə hərbi mövcudiyyətini uzun müddət davam etdirəcək. Bazar ertəsi Moskva qoşunlarını oktyabrın 15-ə qədər Gürcüstan ərazilərindən çəkməyə razılıq verib.