ABŞ prezidentliyinə namizədlər dəyişiklik vədləri veriblər

Demokrat partiyasından prezidentliyə namizəd Barak Obama və onun respublikaçı rəqibi Con Makkeyn ABŞ siyasətinə dəyişiklik gətirməyə hazır olduqlarını bildiriblər. ABC telekanalına müsahibə verən Barak Obama deyib ki, o, demokratlar arasında bir o qədər də populyar olmayan sahələrdə başlıca dəyişiklər etməyə hazırdır. Buraya səhiyyə qiymətlərinin azaldılması və ordunun sayının çoxaldılması kimi məsələlər daxildir. CBS telekanalının “Mətbuatla görüş” proqramına müsahibə verən cənab Makkeyn isə özünü Respublikaçılar partiyası daxilində dəyişiklik qüvvəsi kimi təqdim edib. Prezidentliyə respublikaçı namizəd deyib ki, dövlət başçısı seçiləcəyi təqdirdə hökumətə etibarı bərpa etmək üçün administrasiyaya demokratları da daxil edəcək.