İraqda 6 nəfər həlak olub

İraq polisinin bildirdiyinə görə, ölkənin şimal-qərbində yerləşən Tal Afar şəhərində baş verən bomba partlayışı ən azı 6 nəfərin həyatına son qoyub. Rəsmilər bildirib ki, hücum zamanı 50 insansa yaralanıb. Baqşa bir xəbərdə deyilir ki, dünən intiharçı avtomobillə İraqın şiə siyasətçisi Əhməd Çələbiyə qarşı hücum həyata keçirib. Çələbi xəsarət almadan xilas olsa da, ancaq hücum zamanı 2 nəfər həlak olub və Cələbinin 5 mühafizəçisi də daxil olmaqla 17 nəfər yaralanıb. Kortej Çələbinin Bağdaddakı ofisinə gedirdi.