Türkiyə prezidenti
Abdulla Gül futbol oyununa baxmaq üçün bu gün Ermənistana çatıb. Cənab Gülün
səfəri rəsmi deyil, ancaq o, Ermənistana səfər edən ilk türk lideridir. Onun
Ermənistan prezidenti Serj Sarkisyanla görüşü gözlənilir. Gün ərzində cənab Gül
Ermənistan və Türkiyə futbol komandaları arasında Dünya Çempionatının təsnifat
mərhələsində keçiriləcək oyunu izləmək üçün stadiona gedəcək. Türkiyəni tərk
etməmişdən öncə cənab Gül deyib ki, bu futbol oyununun iki ölkə arasında
maneələrin qaldırılmasına yardımçı olacağına inanır. Onun sözlərinə görə,
Ermənistan və Türkiyə ümumi tarixi böülüşür və regional sülh və stabilliyin
əldə olunmasına çalışır.