Rusiya prezidenti Dmitri Medvedev qərb ölkələrini humanitar yardımlar adı altında Gürcüstanı silahla təmin etməkdə günahlandırıb. Moskvada çıxış edən prezident Medvedev bildirib ki, Karib hövzəsində baş verən qasırğadan sonra Rusiyanın hərbi gəmilərlə yardım çatdırması nə qədər ölkəni təəccübləndirərdi? O, Rusiya-Gürcüstan münaqişəsindən sonra Gürcüstana hərbi gəmilərlə yardım göndərən ABŞ-a işarə edib. Vaşinqton isə bu iddiaları rədd edir. Bu arada Avropa İttifaqı Rusiya qüvvələrinin mübahisəli regionlardan çıxaırlmasının təminat altına alınması məqsədi ilə mülki müşahidəçilərin Gürcüstana göndərilməsinə hazır olduğunu bildirib.