ABŞ-da işsizlik artıb

ABŞ iqtisadiyyatı Avqustda 84 min iş yeri itirərək, son 5 ildə işsizlik səviyyəsini ən yüksək həddə çatdırıb. Bu gün Əmək Nazirliyinin açıqladığı hesabatda işsizliyin 6.1 faizə yüksəldiyi deyilir. Blumberq maliyyə xəbər xidmətinin məlumatına görə yeni rəqəmlər o deməkdir ki, ABŞ iqtisadiyyatı bu il ərzində 600 min iş yeri itirib. Bu isə işlərin artdığı 2007-ci ildən ciddi şəkildə fərqlənir. Bu gün açıqlanan statistika iqtisadçıların gözlədiyindən pisdir.