ABŞ-ın NATO səfiri alyansın bəzi üzvlərinin müdafiə edilməli olduğunu deyib

ABŞ-ın NATO-dakı səfiri Kört Volkein bildirdiyinə görə, Rusiyanın ötən ay Gürcüstana müdaxiləsindən sonra alyans Estoniya, Latviya və Litva kimi üzvlərini müdafiə etməlidir. Bu gün Financial Timesa müsahibəsi zamanı səfir Volter bildirib ki, NATO Baltikyanı ölkələrin hərbi baxımdan müdafiəsinə işarələr verməlidir. O, bu ölkələrin Rusiyanın Gürcüstana müdaxiləsindən sonra özlərini təhlükədə hiss etdiklərini deyib. Volker bildirib ki, 26 üzvlü alyans onun sözləri ilə deyilsə yalnız siyasi deyil, hərbi məsələlərdə də öhdəliyinə sadiq qalmalıdır.